“Bu filmdən sonra gənclər Qurban Qurbanova bənzəmək, onun kimi çempion olmaq istəyəcəklər”.
İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əməkdar artist Bəhram Bağırzadə “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filminin premyerasından sonra deyib.
O bildirib ki, gənclər Qurban Qurbanovun mərdliyi, cəsurluğu, mübarizliyindən nümunə götürsünlər: “Bu silsilənin davam etməsini istəyirəm. Çünki güləşdə, cüdoda və digər idman növlərində Qurban Qurbanov kimi şəxsiyyətlər çoxdur”.
Qeyd edək ki, film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.
Emin Ağa
İdman.biz