Prezidentin köməkçisi FIA Senatına üzv seçilib

Xəbərlər
28 İyun 2025 15:47
86
Prezidentin köməkçisi FIA Senatına üzv seçilib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatının üzvü seçilib.

İdman.biz xəbər verir ki, senat FIA-nın idarəedici orqanıdır.

Qurumun maliyyə və kommersiya məsələlərinə, eləcə də FIA-nın ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətinə fəaliyyət göstərir.

İdman.biz