Fərid Qayıbov İslamiada ilə bağlı idman federasiyalarının nümayəndələrilə görüşüb - FOTO

Xəbərlər
11 İyun 2025 12:54
77
Fərid Qayıbov İslamiada ilə bağlı idman federasiyalarının nümayəndələrilə görüşüb - FOTO

Gənclər və İdman Nazirliyində VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı idman federasiyalarının nümayəndələri ilə görüş keçirilib.

İdman.biz xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov çıxışında hazırlıq prosesində federasiyalarla sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə əvvəlcə iştirakçılara yarış haqqında ümumi məlumat təqdim olunub.

Sonra yarış cədvəli, idman növləri, oyunların keçiriləcəyi məkanlar, açılış və bağlanış mərasimləri barədə məlumat verilib, digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

İdman.biz