Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
9 İyun 2025 18:08
56
Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, iyunun 9-15-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

🔹 Gözdən əlillər üçün 64 xanalı dama üzrə Avropa çempionatı – 29 may - 9 iyun (Türkiyə, Kəmər);
🔹 Boks üzrə gənclər arasında beynəlxalq turnir - 4-10 iyun (Gürcüstan, Poti);
🔹 Boks üzrə “Eindhoven Box Cup” – 6-10 iyun (Hollandiya, Eindhoven);
🔹 Güllə atıcılığı üzrə “ISSF Dünya Kuboku” – 7-15 iyun (Almaniya, Münhen);
🔹 Boccia üzrə Dünya Kuboku – 7-15 iyun (Çin, Pekin);
🔹 Pauerliftinq üzrə dünya çempionatı – 8-15 iyun (Almaniya, Xemnitz);
🔹 Sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmə oğlanlar və qızlar arasında U17 Avropa çempionatı – 9-15 iyun (Makedoniya, Skobje);
🔹 Parabadminton üzrə beynəlxalq turnir – 10-15 iyun (Tailand, Nakhon Ratçasin);
🔹 Paragüllə atıcılığı üzrə Qran-Pri – 10-16 iyun (Serbiya, Novi Sad);
🔹 Paracüdo üzrə Qran-Pri – 10-17 iyun (Misir, Giza);
🔹 Paraüzgüçülük üzrə dünya seriyası – 12-15 iyun (Meksika);
🔹 Bilyard üzrə “Sərbəst piramida” dünya çempionatı – 12-18 iyun (Rusiya, Surqut);
🔹 Voleybol üzrə qadınlar arasında Avropa Qızıl Liqası III turnir - 13-15 iyun (Xorvatiya). Azərbaycan-Xorvatiya - 13 iyun, saat 16:30; Rumıniya-Azərbaycan – 14 iyun, saat 16:30; Xorvatiya-Rumıniya – 15 iyun, saat 16:30;
🔹 Cüdo üzrə gənc oğlanlar və qızlar, kişilər və qadınlar arasında dünya çempionatı – 13-20 iyun (Macarıstan, Budapeşt);
🔹 Triatlon üzrə super sprint və sprint məsafə ölkə çempionatı – 14 iyun (Şurabad);
🔹 Qılıncoynatma (sablya və şpaqa) üzrə Avropa çempionatı – 14-20 iyun (İtaliya, Qenova);
🔹 MMA üzrə dünya çempionatı – 14-23 iyun (Braziliya, San-Paolo);
🔹 Yelkənin “Ilca 4” sinfi üzrə hazırlıq düşərgəsi və "Youth Europeans and Open European Trophy" – 15-25 iyun (Polşa, Puck).

İdman.biz