Azərbaycanın yunan-Roma güləşi üzrə dünya çempionu Sənan Süleymanov ailə həyatı qurub.
İdman.Biz xəbər verir ki, idmançının toy mərasimindən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Mərasimdə onun idmançı dostları da iştirak ediblər.
Toy zamanı maraqlı anlar yaşanıb. Güləşçilər milli rəqslərimizdən olan “Cəngi”nin sədaları altında oynayıblar. Onlar rəqs zamanı Sənanı qaldırıb yenidən yerə qoyaraq güləş fəndlərini xatırladan hərəkətlər ediblər.
Xatırladaq ki, Sənan Süleymanov oktyabrın 25-də Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Moldova təmsilçisi Aleksandrin Qutsunu 8:3 hesabı ilə məğlub edərək karyerasında ilk dəfə dünya çempionu olub.
Süleymanov bunadək dünya çempionatlarında iki dəfə gümüş medal qazanmışdı.
