Kriştianu Ronaldu Hollivud filmində prodüser olacaq

7 Noyabr 2026 17:39
51
Kriştianu Ronaldu Hollivud filmində prodüser olacaq

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Hollivud istehsalı olan yeni döyüş-komediyasının prodüserlərindən biri olacaq.

İdman.Biz "Deadline" nəşrinə istinadla xəbər verir ki, futbolçu rejissor və prodüser Metyu Vonla birlikdə “Stuntnuts” adlı film üzərində çalışır.

Ekran əsərində baş rolları Kris Hemsvort və Sem Rokvell canlandıracaqlar. Hollivud ulduzu Mett Deymon da filmdə kiçik epizodik rolla (cameo) görünəcək. Filmin rejissoru Damien Uoltersdir.

Ekran əsərinin süjetinə görə, iki kaskadyor öz idman zallarını bağlanmaq təhlükəsindən xilas etmək üçün Hollivudun böyük büdcəli filmlərinin çəkilişlərinə qoşulur. Lakin işlər gözlənildiyi kimi getmir: təhlükəli elementlər getdikcə artır, filmin baş rollarını canlandıran aktyorlar arasında isə rəqabət yaranır. Hemsvort və Rokvell filmdə özlərinin şişirdilmiş obrazlarını canlandıracaqlar.

Filmin ilk nümayişi noyabrda keçiriləcək.

Qeyd edək ki, bu, Ronaldonun kino sahəsində ilk layihəsi deyil. 41 yaşlı futbolçu daha əvvəl Britaniya futbolu haqqında serialın icraçı prodüseri kimi də fəaliyyət göstərib.

İdman.Biz