“Qarabağ”dan ayrılan Abbas Hüseynov biznesə başladı

8 Noyabr 2026 01:29
44
“Qarabağ”dan ayrılan Abbas Hüseynov biznesə başladı

Uzun illər “Qarabağ”ın formasını geyinmiş Azərbaycan millisinin sabiq futbolçusu Abbas Hüseynov özünü yeni sahədə sınayır.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi Ağdam klubundan ayrıldıqdan sonra diqqətini sahibkarlıq fəaliyyətinə yönəldib.

Məlumata görə, paytaxtda halal ət və ət məhsullarının, eləcə də dondurulmuş yarımfabrikatların satışı ilə məşğul olan “Meat Food” mağazası futbolçuya məxsusdur.

Qeyd edək ki, Abbas Hüseynov 2017-ci ildən “Qarabağ”da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində yeddi dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

Tərəflər 2026-cı ilin oktyabrında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

İdman.Biz