Gənclər və İdman Nazirliyində III MDB Oyunlarına hazırlıqla bağlı iclas - FOTO

Xəbərlər
2 İyun 2025 20:10
89
Gənclər və İdman Nazirliyində III MDB Oyunlarına hazırlıqla bağlı iclas - FOTO

III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində iyunun 2-də Gənclər və İdman Nazirliyində federasiya nümayəndələri ilə növbəti görüş keçirilib.

İdman.biz xəbər verir ki, iclasda nazir Fərid Qayıbov çıxış edərək III MDB Oyunlarının yüksək səviyyədə təşkili üçün bütün tərəflərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.

İclas zamanı yarışların keçiriləcəyi məkanlar, nəqliyyat, iştirakçıların yerləşdirilməsi və qidalanması, həmçinin yarışlara hazırlıq və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və görüləcək işlərin icra vəziyyətinə dair müvafiq tapşırıqlar verilib.

İdman.biz