Gənclər və İdman Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib - FOTO

Xəbərlər
10 May 2025 12:45
46
Gənclər və İdman Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib - FOTO

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

İdman.biz xəbər verir ki, eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.

İdman.biz