Azərbaycanlı MMA döyüşçüsü Xəyal Canıyev yenidən muaytay tayboksa geri qayıdıb.
İdman.biz xəbər verir ki, karyerasına tayboksla başlayan Canıyev noyabrın 24-də Rusiyanın Çelyabinsk şəhərində təşkil olunacaq “Adrenalin” turnirində döyüşəcək.
Xəyal muaytay dünya çempionluğu uğrunda gecənin əsas kəmər döyüşündə Modjtaba Taravati (İran) ilə üz-üzə gələcək. İranlı Asiya çempionu, “Best of the Best” beynəlxalq turnirinin qalibidir.
Qeyd edək ki, Canıyev muaytayda peşəkarlar arasında Avropa çempionu, GPRO üzrə dünya çempionudur. O, GLORY, “Kunlun Fight”, “Top King”, RAGE Arena, MMA kimi promosyonlarda çıxış edib. Xəyal Rusiyada dünya muaytay super ulduzu Buakav Bançameki məğlub edən yeganə idmançıdır.
Emin Ağa
İdman.biz