Armand Duplantis və Simone Biles "Laureus World Sports Awards" mükafatını qazanıblar.
İdman.biz xəbər verir ki, Madriddə keçirilən tədbirdə onlar 2024-cü ildə dünyanın ən yaxşı kişi və ən yaxşı qadın idmançısı adına layiq görülüblər.
İsveçli şüvüllə tullanan Duplantis 2024-cü il Paris Olimpiadasının qalibi olub və üç dəfə dünya rekordu müəyyənləşdirib. Amerikalı gimnast Biles isə Paris-2024-də üç qızıl və bir gümüş medal qazanıb.
Müxtəlif nominasiyada mükafat alanlar arasında tennis əfsanəsi Rafael Nadal ("İdman İkonu"), "Barselona" və İspaniya millisinin hücumçusu Lamin Yamal ("İlin sıçrayışı") da olub.
İdman.biz