Lənkəranda “Sağlam məhəllə” istifadəyə verilib - FOTO

Xəbərlər
3 Oktyabr 2023 20:05
150
Lənkəranda “Sağlam məhəllə” istifadəyə verilib - FOTO

Lənkəran şəhərində “Sağlam məhəllə” idman zonası istifadəyə verilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin istifadəyə verdiyi sayca altıncı olan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.

Açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, idman səfirləri Zaur Paşayev, Aliyə Paşayeva, tanınmış futbolçular Kamran Ağayev, Ruslan Abışov, Lənkəran şəhərində fəaliyyət göstərən müxtəlif idman növləri üzrə bölmələrin idmançıları və şəhər sakinləri iştirak ediblər.

İdman.biz