Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış - FOTO - VİDEO

Xəbərlər
22 Aprel 2024 12:47
147
Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış - FOTO - VİDEO

Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə təşkil olunan yarışda 7 dövlət qurumundan 17 əməkdaş (6 qadın, 11 kişi) iştirak edib.

Yekun nəticələrə görə, kişilər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Anar Novruzov birinci olub. Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Rauf Həsənli yarışı ikinci, SOCAR-ın əməkdaşı Zülfiqar Məmmədov isə üçüncü pillədə başa vurublar.

Qadınlar arasında Fərqanə Səhrayeva (FHN), İlahə Çələbiyeva və Aysu Kərimzadə (hər ikisi Gənclər və İdman Nazirliyi) ilk "üçlük"də qərarlaşıblar.

İdman.biz