İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
25 Mart 2024 17:11
129
İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, martın 26-31-də müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.

Alpinizm üzrə Rusiya açıq çempionatı (boulderinq, sürət, çətinlik) - 31 yanvar – 7 aprel (Rusiya, Moskva);
Para-atletika üzrə Qran-Pri - 18–25 mart (İtaliya, Jesolo);
Həndbol üzrə yeniyetmə oğlanlar arasında Avropa çempionatına hazırlıq üzrə beynəlxalq turnir - 21–28 mart (Rusiya, Həştərxan);
Boccia üzrə dünya təsnifat yarışı - 22–28 mart (Portuqaliya);
Yelkənin "İLCA 4" sinfi üzrə "İzola Cup" yarışı - 23–31 mart (Sloveniya, İzola);
Yelkənin "Optimist" sinfi üzrə dünya çempionatına hazırlıq yarışı - 23-31 mart (Sloveniya, Portoroz);
Boks üzrə kişilər arasında "Qızıl Kəmər" beynəlxalq yarış (kişilər) - 24-31 mart (Rumıniya)
Stolüstü tennis üzrə yeniyetmələr arasında "Eurotalents selection camp 1" - 24–31 mart
Çexiya, Havirov);
Cüdo üzrə gənc oğlanlar arasında Avropa kuboku - 24–29 mart (Almaniya, Bremen);
Taekvondo (deflimpiya) üzrə Ümumdünya Karlar çempionatı - 25-30 mart (Qırğızıstan, Bişkek);
Ağırlıqqaldırma üzrə Dünya Kuboku, Paris-2024 Olimpiya Oyunlarına lisenziya yarışı - 26 mart – 12 aprel (Tailand, Phuket);
Badminton üzrə "Madrid Spain Masters 2024" - 26–31 mart (İspaniya, Madrid);
Badminton üzrə "İsrael Junior 2024" - 28–30 mart (İsrail, Rişon Lezion);
Cüdo üzrə kişilər arasında Böyük Dəbilqə yarışı - 29–31 mart (Türkiyə, Antalya);
Taekvondo üzrə "Skopje Open" - 30–31 mart (Şimali Makedoniya, Skopye);
Bədii gimnastika üzrə Qran-Pri yarışları - 30-31 mart (Fransa, Tiye);
Hapkido üzrə beynəlxalq turnir - 30–31 mart (Almaniya, Berlin).

İdman.biz

Məqalədə: