Tanınmış idmançılarımız və məşqçilərimiz Novruz bayramını harada qarşılayacaqlarını açıqlayıblar - SORĞU

Xəbərlər
20 Mart 2024 10:25
601
Tanınmış idmançılarımız və məşqçilərimiz Novruz bayramını harada qarşılayacaqlarını açıqlayıblar - SORĞU

Bu gün Azərbaycan Novruz bayramı qeyd olunur.

İdman.biz idman ictimaiyyətinin bayramı harada və necə qarşılayacağı ilə bağlı sorğu keçirib.

Onların bir çoxu ailələri ilə, digərlər məşqdə və ya yarışda Novruz bayramını qeyd edəcəklər.

Şahin Diniyev (“Səbail”in baş məşqçisi): “Bayramı evdə ailəmlə birlikdə qeyd edəcəm”.

Adil Şükürov (“Kəpəz”in baş məşqçisi): “Müqəddəs Ramazan günlərində Gəncədə komanda ilə birlikdə məşqlərdə olacam”.

Məhəmməd Abdullayev (boksçu): “Evdə, həmçinin məşqdə komanda yoldaşlarımla birgə keçirəcəm”.

Vurğun Hüseynov (“Kəpəz” in kapitanı): “Novruz bayramını böyüyüb başa çatdığım Tovuzda qeyd edəcəm. Çünki mənə ən əziz və yaxın insanlar ordadır”.

Sənan Süleymanov (güləşçi): “Təlim-məşq toplanışında olacam”.

Turan Bayramov (cüdoçu): “Həmin vaxt Gürcüstanda yarışda olacağımdan orada qeyd edəcəm”

Həsrət Cəfərov (güləşçi): “Həmin günlər məşqdə olacam və elə orada keçirəcəm”.

Yaşar Nəcəfov (cüdoçu): “Ailəmlə birlikdə evimizdə olacam”.

Murad Allahverdiyev (boksçu): “Hər zaman bayramlarda ailəmlə birlikdə bir süfrə arxasında oluruq”.

Rafiq Hüseynov (güləşçi): “Bütün bayramları ailəmlə, evdə qeyd etməyə üstünlük verirəm”.

Hidayət Heydərov (cüdoçu): “Bayram qeyd etməyəcəm, bütün fikrim məşqlərdədir. Bu gün də 2 dəfə hazırlıq keçəcəm”.

Şakir Seyidov (“Kəpəz”in futbolçusu): “Ailəmlə birgə evdə qeyd edəcəm”.

Orxan Səfərov (İdman səfiri): “Bu dəfə bayramı evdə qeyd edəcəm. Çünki idmançı vaxtında həmişə ya yarışlarda, ya da təlim-məşq toplanışında olmuşam. Novruz bayramı adətən Tbilisidəki “Böyük Dəbilqə”yə təsadüf edirdi və mən də çəki salırdım. Bu səbəbdən nə şəkərbura, nə də paxlava yeyə bilirdim. Həmişə ailəm şirniyyatları mənə verirdi ki, turnir bitdikdən sonra yeyərsən. Bu dəfə isə tam rahat olacam”.

Banuçiçək Hüseynli
İdman.biz