Əqli əlilliyi olan idmançılar testdən keçiblər - FOTO

Xəbərlər
13 Mart 2024 19:01
110
Əqli əlilliyi olan idmançılar testdən keçiblər - FOTO

ASAPES-in Elmi-tədris Laboratoriyasında Azərbaycan Autizm Assosiasiyası tərəfindən göndərilən yeniyetmələr müayinə olunub.

İdman.biz xəbər verir ki, əqli əlilliyi olan idmançılar “2nd Trisome Games 2024” oyunlarında iştirak məqsədilə yoxlanılıblar.

Yeniyetələri ilkin tibbi baxış, əzələ fəaliyyətinin qiymətləndirilməsi (muscle function screening incl. core stability), bədənin xüsusi tərkibinin ölçülməsi (body composition measurement), stabilometriya (Biodex Balance), 3-D antropometriya (3-D anthropometry), ürəyin ultrasəs müayinəsi (Exokardioqrafiya) kimi bir çox testlərdən keçiblər.

Qeyd edək ki, əldə edilən məlumatlar idmançıların fiziki və sağlamlıq vəziyyətlərinin detallı qiymətləndirilməsini təmin edərək onların “2nd Trisome Games 2024” oyunlarına hazır olduğunu göstərib.

İdman.biz