İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
11 Mart 2024 18:00
84
İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, martın 11-17-də müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.

Alpinizm üzrə Rusiya açıq çempionatı (boulderinq, sürət, çətinlik) - 31 yanvar – 7 aprel (Rusiya, Moskva);
Boks üzrə kişilər və qadınlar arasında I Olimpiya lisenziya turniri - 29 fevral – 12 mart (İtaliya, Busto Arsizio);
Qış Deflimpiya Oyunları - 2-12 mart (Türkiyə, Ərzurum);
Boks üzrə gənclər arasında Dünya Kuboku - 3-11 mart (Monteneqro, Budva);
Güllə atıcılığı (25m) üzrə beynəlxalq yarış - 5-11 mart (Polşa, Vroslav);
Para-güllə atıcılığı üzrə Dünya Kuboku - 6-15 mart (Hindistan, Yeni Dehli);
Boks üzrə İ.Tarelidzenin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq yarış -7-12 mart (Gürcüstan, Qori);
Yelkən üzrə "Optimist" sinfi Bodrum beynəlxalq yarışı "BİOR" - 8-13 mart (Türkiyə, Bodrum);
Kapoeyra üzrə "Slovakia Open Tournament" yarışı - 10-12 mart (Slovakiya, Bratislava);
Para-üzgüçülük üzrə dünya seriyası - 11-18 mart (İtaliya, Lignano Sabbiadoro);
Badminton üzrə "France Orleans Masters 2024" yarışı - 12-17 mart (Fransa, Orlean);
Qadın güləşi üzrə U-17 "Çempionlar" beynəlxalq turniri - 12-14 mart (Türkiyə, Antalya);
Sərbəst və yunan-Roma güləşi üzrə U-17 yeniyetmələr arasında "Victory Cup" beynəlxalq turniri - 12-14 mart (Türkiyə, Antalya);
Stolüstü tennis üzrə yeniyetmələr arasında "Europe Youth Series" yarışı - 13-17 mart (Türkiyə, Nevşehir);
Xizək alpinizmi üzrə yeniyetmələrin Dünya Kuboku - 13-17 mart (Norveç, Molde);
Qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında Dünya Kuboku - 14–18 mart (Belçika, Sint-Niklas);
“Tour of Roedes Powered by Rodos Palas” beynəlxalq velosiped yarışı (Elit/U23) (UCİ 2.2) - 14–17 mart (Yunanıstan);
Akrobatika gimnastikası üzrə beynəlxalq turnir - 15-17 mart (Belçika, Puurs);
Badminton üzrə "Spanish Junior Open 2024" yarışı -15-17 mart (İspaniya, Oviedo);
Bədii gimnastika üzrə beynəlxalq turnir - 15-17 mart (Yunanıstan, Palaio Faliro);
Karatenin WKF fənni üzrə Karate 1 Premyer Liqa turniri - 15-17 mart (Türkiyə, Antalya);
Taekvondo üzrə "Belgian Open" yarışı - 15-17 mart (Belçika, Lommel);
Sərbəst və qadın güləşi üzrə U-20 gənc oğlanlar və qızlar arasında "Çempionlar" beynəlxalq turniri - 16–18 mart (Türkiyə, Antalya);
"LEN Open Whater swimming Cup" açıq suda üzgüçülük yarışı - 16 mart (İsrail, Eylat).

İdman.biz

Məqalədə: