"İdman həftəsi": Fiziki məhdudiyyətli idmançılar arasında estafet yarışı keçirilib – FOTO

Xəbərlər
3 Mart 2024 23:41
204
"İdman həftəsi": Fiziki məhdudiyyətli idmançılar arasında estafet yarışı keçirilib – FOTO

"İdman həftəsi" çərçivəsində fiziki məhdudiyyətli idmançılar arasında estafet yarışı keçirilib.

İdman.biz xəbər verir ki, yarış kişilər və qadınlardan ibarət 2 kateqoriya üzrə - əlil arabasından istifadə edənlər və etməyənlər arasında təşkil olunub.

Yarışlar zamanı idmançılar müxtəlif maraqlı və əyləncəli oyunlar oynayıb, eyni zamanda idman normativlərini yerinə yetiriblər. Yekun nəticələrə görə, əlil arabasında yarışan qadınlar arasında Lamiyə Həsənova birinci, Nuranə Hümbətəliyeva ikinci, Marusya Xanquliyeva üçüncü yerə layiq görülüblər.

Kişilər arasında Kamran Zeynalov birinci olub. Abdulbağı Abdullayev və Rəsul Zəkiyev müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar. Paralimpiyaçı qadınlar arasında Çinara Sunçeleyeva, Rəfiqə Həsənbəyova və Rəqsanə Hümbətzadə fərqləniblər. Kişilər arasında Məhəmməd Əkbərov birinci olub. Elsevər Allahverdiyev yarışı ikinci, Əli Qədirzadə isə üçüncü pillədə başa vurublar.

İdman.biz