Fərid Qayıbov “Lənkəran”ın fəaliyyəti ilə tanış olub - FOTO

Xəbərlər
3 Fevral 2024 14:02
123
Fərid Qayıbov “Lənkəran”ın fəaliyyəti ilə tanış olub - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Lənkəran şəhərinə səfəri çərçivəsində "Lənkəran" İdman Klubunun fəaliyyəti ilə tanış olub.

İdman.biz xəbər verir ki, nazir idman zalına baxış zamanı buradakı şərait, qarşıda duran işlər barədə klubun təsisçisi olan Vətən müharibəsi veteranı Vəliəhəd Vəliyev və məşqçi Şakir Vəliyevlə fikir mübadiləsi aparıb.

Fərid Qayıbov həmçinin idmançıların məşq prosesini izləyib, onlarla söhbət edib.

İdman.biz

Məqalədə: