Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
30 Yanvar 2024 14:04
101
Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, yanvarın 29-dan fevralın 4-dək paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

Alpinizm üzrə Rasim Cəfərovun xatirəsinə həsr olunmuş “Azərbaycan dağçısı” modulu – 22 yanvar – 22 mart (Alpinizm məktəbi);

Sərbəst və yunan-Roma güləşi üzrə U-20 ölkə çempionatı (gənclər) – 29 yanvar – 2 fevral (Bakı şəhəri);

Kişilər və qadınlar arasında 100 xanalı dama üzrə ölkə çempionatı – 1-14 fevral (Bakı şəhəri);

Güllə atıcılığı üzrə Bakı çempionatı – 1-5 fevral (Bakı şəhəri);

Atletika üzrə Əməkdar məşqçi A.Antipovun xatirəsinə həsr olunmuş Bakı beynəlxalq qış turniri – 2-4 fevral (Bakı şəhəri);

MMA, qraplinq, pankration üzrə uşaqlar və yeniyetmələr arasında Bakı birinciliyi – 3-5 fevral (Hövsan qəsəbəsi).

İdman.biz

Məqalədə: