Türkiyənin “Fənərbağça” futbol klubunun başçısı Aziz Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
İdman.Biz xəbər verir ki, görüş zamanı Yıldırım biznes fəaliyyəti çərçivəsində şirkətinin istehsal etdiyi pilotsuz dəniz vasitələrini Azərbaycan Prezidentinə təqdim edib.
Aziz Yıldırım İlham Əliyevə həmin texnikanın xüsusiyyətləri və imkanları barədə məlumat verib. Görüşdə müdafiə sənayesinə aid pilotsuz dəniz vasitələri əsas mövzulardan biri olub.
Qeyd edək ki, Yıldırım “Fənərbağça” futbol klubundakı fəaliyyəti ilə yanaşı, uzun illərdir biznes sahəsində də çalışır.
