Hakimlər bir saniyəni geri qaytardı, komanda uduzdu - VİDEO

6 Sentyabr 2026 18:54
28
Hakimlər bir saniyəni geri qaytardı, komanda uduzdu - VİDEO

ABŞ kollec futbolunda “Michigan” - “Western Michigan” matçı qalmaqallı sonluqla yadda qalıb.

İdman.Biz xəbər verir ki, “Western Michigan” 12:7 hesabı ilə öndə olarkən “Michigan”ın son hücumlarından biri uğursuz başa çatıb və televiziya yayımındakı saat 0:00 göstərib. Lakin hakimlər müzakirədən sonra oyunun saatına bir saniyə əlavə ediblər.

Bu qərar “Michigan”a daha bir hücum şansı verib. Brays Andervud 47 yard məsafədən ötürmə edib, Cey-Cey Byukenen topu end-zonada tutaraq “touchdown” qazanıb. Nəticədə “Michigan” 12:13 hesabı ilə qalib gəlib.

“Western Michigan” futbolçuları bundan bir neçə saniyə əvvəl artıq qələbəni qeyd etməyə başlayıblar. Hakimlərin bir saniyəni geri qaytarması isə qarşılaşmadan sonra böyük mübahisəyə səbəb olub.

İdman.Biz