Rekord üçün hazırlaşan idmançı dağda yoxa çıxıb

7 Sentyabr 2026 00:15
62
Rekord üçün hazırlaşan idmançı dağda yoxa çıxıb

Kanadalı dağ qaçışı idmançısı Kali MakKristal Alp dağlarında yoxa çıxıb.

İdman.Biz xəbər verir ki, 38 yaşlı idmançı Matterhorn zirvəsinə qalxıb-enmə üzrə rekord cəhdinə hazırlaşarkən sentyabrın 1-də itkin düşüb. O, dağın İtaliya tərəfində, təxminən 3830 - 4000 metr yüksəklikdə son dəfə görülüb.

MakKristal Matterhorn zirvəsinə qalxıb geri enməyi beş saatdan az müddətdə başa vurmaq üçün məşq edirdi. Onun son izi Jean-Antoine Carrel sığınacağının yuxarısında çəkilmiş foto olub.

Helikopterlə genişmiqyaslı axtarış aparılsa da, idmançının izinə rast gəlinməyib. Bir günlük intensiv hava axtarışından sonra helikopter əməliyyatı dayandırılıb.

İdman.Biz