Türkiyə millisinin sabiq futbolçusu və idman şərhçisi Nihat Kahveci həyat yoldaşı Fulya Sever Kahveciyə fiziki zorakılıq göstərməkdə şübhəli bilinərək saxlanılıb.
İdman.Biz xəbər verir ki, hadisə iyulun 13-də axşam saatlarında İstanbulun Sarıyer rayonundakı restoranlardan birində baş verib.
Məlumata görə, birlikdə şam yeməyinə gedən cütlük arasında hələlik açıqlanmayan səbəbdən mübahisə yaranıb. Mübahisənin böyüməsindən sonra Kahvecinin həyat yoldağına şillə vurduğu iddia edilir.
Jurnalist İhsan Yalçının yaydığı məlumatda sabiq futbolçunun daha sonra masanın üzərindəki şüşəni həyat yoldaşına tərəf atdığı da bildirilir.
Restoran əməkdaşlarının polisə məlumat verməsindən sonra Nihat Kahveci həyat yoldaşına fiziki zorakılıq göstərməsi iddiası ilə saxlayıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir. Türkiyənin hüquq-mühafizə orqanları araşdırmanın detalları barədə geniş rəsmi açıqlama yaymayıb. Saxlanılma faktı Kahveciyə qarşı irəli sürülən iddiaların təsdiqlənməsi anlamına gəlmir.
