Çinli akrobat Li Çinqbonun sosial şəbəkələrdə yeni yayılan və qısa müddətdə milyonlarla baxış toplayaraq interneti alt-üst edən qeyri-adi rekord videosu idman dünyasını heyrətə gətirib.
İdman.Biz xəbər verir ki, fevral ayında qeydə alınan, lakin rəsmi kadrları Ginnesin Rekordlar Kitabı tərəfindən yalnız bu günlərdə paylaşılan görüntülərdə akrobat başı üstə hərəkət edərək tam 40 pilləni qalxmağı bacarıb. Sərt qaydalara əsasən, ona hərəkət zamanı əllərindən və ayaqlarından istifadə etmək tam qadağan olunub. O, həmçinin pillələrin üzərində 5 saniyədən artıq dayana bilməzdi.
Ağır şərtlərə baxmayaraq, Çin təmsilçisi tapşırığın öhdəsindən uğurla gələrək adını tarixə yazdırıb. Bununla da o, 10 ildən çox müddətdir yenilənməyən və yenə bir Çin vətəndaşına məxsus olan əvvəlki 36 pilləlik rekordu geridə qoyub. Aylarla davam edən rəsmi ekspertizadan sonra bu gün trendə çevrilən həmin heyrətamiz görüntüləri təqdim edirik:
