İdman Akademiyasının iki əməkdaşına dosent adı verildi

8 İyul 2026 16:17
328
İdman Akademiyasının iki əməkdaşına dosent adı verildi

Azərbaycan İdman Akademiyasının (ASA) iki əməkdaşı dosent elmi adına layiq görülüb.

İdman.Biz xəbər verir ki, bu barədə akademiyanın mətbuat xidməti məlumat yayıb.

ASA-nın Fərdi idman növləri kafedrasının əməkdaşları Yaşar Cəlalov və Zaur Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə bu ada layiq görülüblər.

Cəlalov yunan-Roma güləşi, Məmmədov isə cüdo üzrə mütəxəssisdir.

İdman.Biz