FIFA və UEFA Rusiya futbol klublarının və yığmalarının beynəlxalq yarışlara qaytarılmasını planlaşdırmır.
İdman.Biz xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya Olimpiya Komitəsinin hüquqlarını müvəqqəti bərpa etməsi futboldakı qadağaya hələlik təsir göstərməyəcək.
FIFA və UEFA Rusiya klubları və yığmalarının yarışlara buraxılması ilə bağlı yaxın zamanda qərar qəbul etmək niyyətində deyil.
Qeyd edək ki, Rusiya klubları və yığmaları 2022-ci ilin fevralından FIFA və UEFA turnirlərindən kənarlaşdırılıb. Qərar Ukraynada başlayan müharibədən sonra qəbul edilib.
BOK isə Rusiya Olimpiya Komitəsinin diskvalifikasiyasını müvəqqəti ləğv edib. Buna baxmayaraq, ayrı-ayrı beynəlxalq federasiyalar Rusiya idmançıları və komandaları ilə bağlı öz qadağalarını qüvvədə saxlaya bilər.
