Məşhur cizgi filminin qəhrəmanı “Goodwood” festivalında trasa çıxıb - VİDEO

10 İyul 2026 13:29
77
Məşhur cizgi filminin qəhrəmanı “Goodwood” festivalında trasa çıxıb - VİDEO

Böyük Britaniyada keçirilən “Goodwood Festival of Speed 2026” avtomobil festivalının diqqətçəkən iştirakçılarından biri “Şimşək Makkuin” olub.

İdman.Biz xəbər verir ki, “Maşınlar” cizgi filminin məşhur qəhrəmanı tədbirin ənənəvi yoxuş trasında nümayiş yürüşü edib.

“Şimşək Makkuin”in festivala qatılması 2006-cı ildə nümayişə çıxan “Maşınlar” filminin 20 illiyinə həsr olunub. 95 nömrəli avtomobilin trasda görünməsi tamaşaçıların böyük marağına səbəb olub.

“Goodwood Festival of Speed” dünən başlayıb və iyulun 12-dək İngiltərənin Qərbi Sasseks bölgəsində davam edəcək. Hər il təşkil olunan tədbirdə müasir superkarlar, tarixi yarış avtomobilləri və müxtəlif prototiplər məşhur yoxuş trasında nümayiş etdirilir.

İdman.Biz