Sumoçular beynəlxalq turnirdə 4 qızıl qazanıblar - FOTO

Xəbərlər
14 Yanvar 2024 21:37
406
Sumoçular beynəlxalq turnirdə 4 qızıl qazanıblar - FOTO

Macarıstanın Erd şəhərində keçirilən sumo üzrə beynəlxalq turnirə yekun vurulub.

İdman.biz xəbər verir ki, turnir Azərbaycan idmançıları üçün uğurlu olub.

Böyüklər arasında Sadiq Ağamaliyev mütləq çəkidə qızıl, 115 kq çəki dərəcəsində isə gümüş medal qazanıb. Xəyyam Abdullayev (77 kq) qızıl, Rəşad İbrahimov (70 kq) bürünc medala sahib olublar.

Gənclərin mübarizəsində Rəşad İbrahimov (70 kq) qızıl, Rüfət Quliyev (65 kq) bürünc medala layiq görülüblər. Yeniyetmələr kateqoriyasında Nurlan Musayev (55 kq), Rüfət Quliyev (60 kq), Rəşad İbrahimov (70 kq) gümüş, Əhəd Rzayev (70 kq) bürünc medal qazanıblar. Kadetlər arasında Nurlan Musayev (45 kq) qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında beynəlxalq turniri 2-ci pillədə başa vurub.

İdman.biz