İctimai Televiziya və Radio Yayımları Şirkəti UEFA Çempionlar Liqasının “Bavariya” və PSJ arasında yarımfinal qarşılaşmasının cavab oyununun yayımı ilə bağlı açıqlama yayıb.
İdman.Biz bildirir ki, açıqlamada deyilir: “Əziz futbolsevərlər!
Məlumat üçün bildiririk ki, UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun İctimai Televiziyanın efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub.
“Bavariya” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İctimai Televiziyaya məxsus deyil. Hazırda davam edən oyunun yayımı ilə bağlı yaranmış problemə görə İctimai Televiziya məsuliyyət daşımır”.
Qeyd edək ki, bu komandalar arasında yarımfinalın ilk oyunu “CBC Sport” tərəfindən yayımlanmışdı. Cavab oyunu isə futbolsevərlərin böyük təəssüfünə rəğmən, naməlum səbəbdən heç bir yerli telekanalda yayımda yoxdur.
