Boris Xetaqurov: “Kitabın ərsəyə gəlməsində futbol veteranlarının böyük rolu oldu”

6 May 2026 12:59
162
Boris Xetaqurov: “Kitabın ərsəyə gəlməsində futbol veteranlarının böyük rolu oldu”

Boris Xetaqurov “50 il futbolda” kitabında xatirələrini bölüşüb.

İdman.Biz xəbər verir ki, Azərbaycanın əməkdar həkimi bu fikirləri kitabın təqdimat mərasimində səsləndirib.

O, tədbir iştirakçılarına minnətdarlığını ifadə edərək bildirib:

“Uzun müddətdir ki, fəaliyyətim barədə kitab yazmaq istəyirdim. Keçmiş xatirələri burada bölüşmək qərarına gəldim. Bütün xatirələri qeyd etmişdim. Dostum Faiq Həsənovla birlikdə bu kitabı çap etmək qərarına gəldik. Bu barədə gənclər və idman naziri Fərid Qayıbova müraciət edəndə dərhal müsbət cavab aldıq və dəstək göstərdilər. Bir daha sizə təşəkkür edirəm. Bu, sizin dəstəyiniz sayəsində oldu”.

O, kitabın daha geniş oxucu kütləsinə çatması üçün iki dildə nəşr olunduğunu da qeyd edib.

B.Xetaqurov həmçinin futbol veteranlarına da xüsusi təşəkkürünü bildirib və onların xatirələrin toplanmasında ona yaxından kömək etdiyini vurğulayıb.

İdman.Biz