Kəndirlə mübarizə idman növü üzrə Azərbaycan milli komandası Türkiyənin Mersin şəhərində keçirilən “Turan Kuboku”nda uğurla çıxış edib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yığma gənclər və böyüklər arasında qarışıq (3 qız + 3 oğlan) kateqoriyalar üzrə birinci yerə layiq görülüb.
Eyni zamanda millimiz komanda hesabında ikinci yeri tutub.
