Türkiyənin aparıcı media qurumları ASA barədə reportaj hazırlayıblar - FOTO

4 May 2026 09:56
180
Türkiyənin aparıcı media qurumları ASA barədə reportaj hazırlayıblar - FOTO

Türkiyənin aparıcı media qurumları Azərbaycan İdman Akademiyası (ASA) barədə xüsusi reportaj hazırlayıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan İdman Akademiyası məlumat yayıb.

Bildirilib ki, “A Haber” və “Sabah”ın süjetləri ASA-nın fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıqlarına həsr olunub.

Reportajda ASA-nın rektoru Fuad Hacıyev, prorektoru Ülkər Babayeva və əməkdaşlar müsahibə verib. Müsahibələrdə Akademiyada həyata keçirilən yeniliklər, tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və idman elminin inkişafına yönəlmiş layihələr haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, hazırlanan süjet yaxın günlərdə Türkiyə ictimaiyyətinə təqdim olunacaq.

İdman.Biz