Yaponiyanın ən məşhur beysbolçularından biri olan İtiro Suzuki şərəfinə hazırlanmış heykəlin açılış mərasimi gözlənilməz hadisə ilə yadda qalıb.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, Sietl şəhərində(ABŞ) keçirilən təntənəli mərasimdə yapon idmançının məşhur duruşu əbədiləşdirilməli idi Lakin ən məsul anında heykəldəki beysbol dəyənəyi əyilərək zədələnib.
Qeyd edək ki, Suzuki 2004-cü ildə 262 dəqiq zərbə ilə MLB tarixində(ABŞ və Kanadada keçirilən ən yüksək səviyyəli peşəkar beysbol liqası) bir mövsüm üzrə rekordun müəllifidir.
