Çingiz Hüseynzadə: “Atlanta Oyunlarının yubleyini təntənəli şəkildə qeyd edəcəyik”

9 Aprel 2026 13:56
192
Çingiz Hüseynzadə: “Atlanta Oyunlarının yubleyini təntənəli şəkildə qeyd edəcəyik”

“Bu il Atlanta oyunlarının 30 illiyidir. Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə məhz 1996-cı ildə komanda şəklində Atlanta Olimpiya Oyunlarında iştirak edib. Yəni, bu, bizim üçün yubileydir”.

İdman.Biz xəbər verir ki, bu sözləri junalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

“Nəzərə alaq ki, Atlantada ölkəmizi təmsil etmiş bizim bizim bir çox məşqçilər, veteran idmançılar artıq həyatda yoxdular, onların xatirəsinə ehtiram olaraq MOK olaraq qərar qəbul etdik ki bu yubileyi təntənəli qeyd edək.

Tədbirin məqsədi gənclərimizə Azərbaycan olimpiya hərəkatında iştirak etmiş, ölkəmizi yüksək səviyyədə təmsil etmiş insanlarımızı tanıtmaqdır. Tədbirdə veteran idmançılarımız haqqında filmin və kitabın nümayişi nəzərdə tutulur”, - deyə Çingiz Hüseynzadə qeyd edib.

İdman.Biz