Bayden Trampın oğullarını döyüşə çağırdı

10 Aprel 2026 17:23
256
Bayden Trampın oğullarını döyüşə çağırdı

Sabiq ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden Donald Trampın oğulları Erik və kiçik Donald ilə döyüşməyə hazır olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, mümkün qarşılaşma ideyası bloqer Andrey Çellenqam tərəfindən irəli sürülüb. Öz növbəsində Baydenin oğlu bu təklifdən imtina etməyib və oktaqona çıxmağa hazır olduğunu vurğulayıb: “Mən 100 faiz hazıram, əgər o, onları razı sala bilsə. Bunu bacarsa, mən də razıyam”, – deyə o bildirib.

Qeyd edək ki, Hanter Bayden 56, kiçik Donald Tramp 48, Erik Tramp isə 42 yaşındadır.

Bu mümkün döyüş UFC turniri ərəfəsində müzakirə olunur. Yarışın iyunun 14-də Ağ Ev ərazisində keçirilməsi planlaşdırılır və ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunacaq.

Turnirin əsas döyüşündə yüngül çəkidə UFC çempionu İliya Topuriya ilə bu çəkinin müvəqqəti çempionu Catin Qetce ilə qarşılaşacaq.

İdman.Biz