Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası baş tutub

9 Aprel 2026 12:23
224
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası baş tutub

Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib.

İdman.Biz xəbər verir ki, toplantını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açaraq, iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Gündəliyə bir sıra mühüm məsələlər daxil edilib. Bunlar arasında Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan taekvondoçu Qaşım Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medallarının yenilənərək sahiblərinə təqdim olunması yer alır.

Eyni zamanda, MOK-un layihə və proqramları üzrə hesabatın dinlənilməsi, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının yekun nəticələri, komanda idman növlərinə nəzarətin gücləndirilməsi üçün yeni Ekspertlər Şurasının yaradılması və Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin keçirilməsi də gündəlikdədir.

Bundan əlavə, iclasda digər cari məsələlər də müzakirə olunacaq.

Tədbirdə gündəlikdəki məsələlər və MOK-un nəzərdə tutduğu layihələrlə bağlı ictimaiyyətə məlumat verilib.

İdman.Biz