Sumo üzrə dünya çempionatı: Millimiz hər kateqoriyada çıxış etməyi planlaşdırır

6 Aprel 2026 16:37
202
Sumo üzrə dünya çempionatı: Millimiz hər kateqoriyada çıxış etməyi planlaşdırır

“Azərbaycan sumoçularının Bakıda keçiriləcək dünya çempionatında bütün kateqoriyalarda təmsil olunacaqları planlaşdırılır”.

Bu sözləri Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş katibi Elşad Kərimov bildirib.

O qeyd edib ki, yarışın hazırlıqlarına artıq start verilib.

“İştirakçı ölkələr hər il dünya çempionatına qatılanlar olacaq. Tam dəqiq məlumat olanda ictimaiyyətə açıqlanacaq. Biz meydan sahibi kimi mövcud olan bütün kateqoriyaların hamısında iştirak etməyi planlaşdırırıq. Hazırda hansı sumoçularımızın qatılacağını deyə bilmərik. Çünki hələlik seçim mərhələsindəyik. Amma turnirdə hədəflərimiz böyük olacaq”, - deyə o, report.az-a açıqlamasında bildirib.

Baş katib yarışı yüksək səviyyədə təşkil edəcəklərini vurğulayıb:

“Azərbaycan beynəlxalq turnirlərin təşkilatçılığı ilə bağlı həmişə seçilən ölkələr sırasında yer alıb. Bakıdakı dünya çempionatı da yaddaqalan yarışlardan olacaq”.

İdman.Biz