Azərbaycanda körpəyə Məhəmməd Salahın adı verilib - FOTO

2 Aprel 2026 10:59
186
Azərbaycanda körpəyə Məhəmməd Salahın adı verilib - FOTO

Dünya futbolunun ulduzu Məhəmməd Salahın populyarlığı Azərbaycanda valideynlərin övladlarına ad seçiminə təsir göstərib. Son üç ilin rəsmi statistikasına əsasən, ölkədə üç körpəyə Salah adı qoyulub.

İdman.Biz xəbər verir ki, 2022-ci ildən bəri hər il bir uşağa bu ad verilib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda doğulan bir körpəyə də portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun adı verilib. Bunu təsdiq edən məlumata Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin saytında rast gəlmək mümkündür.

İdman.Biz