Futbolçu qətli ilə bağlı Aleynadan yeni etiraf - FOTO

29 Mart 2026 14:59
119
Futbolçu qətli ilə bağlı Aleynadan yeni etiraf - FOTO

Türkiyəli futbolçu Kubilay Kaan Kundakçının qətlə yetirilməsi ilə bağlı aparılan araşdırmada yeni faktlar üzə çıxıb. Hazırda həbsdə olan müğənni və "Survivor" iştirakçısı Aleyna Kalaycıoğlunun hadisə yerinin məkan koordinantlarını şübhəli Alaattin Kadayıfçıoğluna göndərdiyi müəyyən edilib.

İdman.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aleyna Kalaycıoğlu ifadəsində məkanı qəsdən deyil, Alaattinin xahişi ilə göndərdiyini söyləyib.

“Alaattinlə studiyaya gedirdik. VIP maşını öndən göndərdiyimiz üçün Alaattin mənə dedi ki, studiyanın yerləşdiyi məkanın ünvanını ona göndərim, o da VIP maşındakı dostlarına göndərsin. Mən də elə yanımda oturan Alaattinin telefonuna ünvanı göndərdim”.

Həbsxana şəraiti ilə bağlı rəsmi açıqlama

Sosial mediada Aleyna Kalaycıoğlunun 16 nəfərlik kamerada 80 nəfərlə qaldığı, aclıq çəkdiyi və tez-tez huşunu itirdiyi barədə yayılan iddialar rəsmən təkzib olunub. Bakırköy Baş Prokurorluğundan verilən açıqlamada bildirilib ki, Aleynanın qaldığı otaqda cəmi dörd nəfər var və onun hər hansı şikayəti qeydə alınmayıb.

Hadisə necə baş vermişdi?

Martın 19-da Ümraniyədə avtomobildə oturan futbolçu Kubilay Kaan Kundakçı silahlı hücuma məruz qalaraq həyatını itirib. Cinayətlə bağlı aparılan əməliyyat çərçivəsində aralarında Aleyna Kalaycıoğlu, qatil şübhəlisi Alaattin Kadayıfçıoğlu və müğənni İzzet Yıldızhanın da olduğu bir neçə şəxs həbs edilib.

İdman.Biz