Futbolçunun qətlinə səbəb olan Aleyna Kalaycıoğlu həbs edildi - VİDEO

24 Mart 2026 11:38
87
Futbolçunun qətlinə səbəb olan Aleyna Kalaycıoğlu həbs edildi - VİDEO

Türkiyədə futbolçunun qətlə yetirilməsi ilə bağlı aparılan istintaqda gözlənilməz hadisə baş verib. Ümraniyədə 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçının öldürülməsi ilə bağlı saxlanılan, aralarında müğənnilər Aleyna Kalaycıoğlu və İzzet Yıldızhanın da olduğu yeddi şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

İdman.Biz xəbər verir ki, məhkəmənin qərarını eşidən Aleyna Kalaycıoğlu hönkürtü ilə ağlayıb. Vəkilinə və ətrafındakılara, “mən indi həbsxanaya girəcəyəm?” deyərək göz yaşlarına boğulan ifaçı Silivridəki Marmara Qadın Qapalı Həbsxanasına göndərilib. Aleynanın anası Zuhal Kalaycıoğlu isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Hadisə martın 19-da baş verib. İddiaya görə, repçi Vahap Canbay köhnə sevgilisi Aleyna ilə barışmaq üçün dostu Kubilay Kundakçıdan kömək istəyib. Onlar Kalaycıoğlunun olduğu studiyanın önündə gözləyərkən əraziyə gələn lüks avtomobillərdən atəş açılıb. Nəticədə gənc futbolçu ağır yaralanıb və xəstəxanada həyatını itirib.

İdman.Biz