Azərbaycan idmançılarının xal hesabına görə 2026-cı il 1 mart tarixinə olan reytinq cədvəli müəyyənləşib.
İdman.Biz xəbər verir ki, siyahıya yunan-roma güləşçisi Həsrət Cəfərov liderlik edir. Onun aktivində 480 xal var. İkinci pillədə 460 xalla sərbəst güləşçi Giorgi Meşvildişvili qərarlaşıb. İlk üçlüyü isə 430 xalla cüdoçu Zelim Kotsoyev tamamlayır.
Cədvəlin davamında yunan-roma güləşçisi Ülvü Qənizadə (400 xal) və cüdoçu Elcan Hacıyev (370 xal) yer alıblar. Maraqlıdır ki, siyahının altıncı pilləsində 10-cu yerinə qədər olan bütün idmançılar eyni - 320 xala malikdirlər. Bu qrupda Murad Əhmədiyev, Zelim Tçkayev, Arseniy Djioyev, Osman Nurmaqomedov və Eldəniz Əzizli qərarlaşıblar.
