Yelkənli idman növü Azərbaycan Su İdmanı Növləri Federasiyasının tabeliyinə keçir?

28 Fevral 2026 12:55
176
Yelkənli idman növü Azərbaycan Su İdmanı Növləri Federasiyasının tabeliyinə keçir?

Keçmiş Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Azərbaycan Su İdmanı Növləri Federasiyasının adı altında yenidən təşkili prosesi davam edir.

İdman.Biz-in əldə etdiyi məlumata görə, ləğv olunmuş Yelkənli İdman Federasiyası sözügedən qurumun tərkibinə daxil ediləcək.

Bununla yanaşı, keçmiş Kanoe və Avarçəkmə Federasiyasının rəsmi saytında ad dəyişikliyi ilə bağlı heç bir yenilik əksini tapmayıb, həmçinin federasiyanın yenidən adlandırılması barədə məlumat da yerləşdirilməyib. Halbuki bu barədə rəsmi açıqlama cari ilin 20 fevral tarixində verilmişdi.

İdman.Biz