“Bakı Marafonu 2026” bu il iştirakçılarını möhtəşəm yeniliklərlə qarşılayacaq.
İdman.Biz xəbər verir ki, qeydiyyat prosesində iştirakçılardan xüsusi məsafə seçimi tələb olunmayacaq. Qeydiyyat hər kəs üçün ümumi formada aparılacaq. Marafonun marşrutu boyu müxtəlif hədəflər üçün xüsusi finiş xətləri qurulacaq.
Təşkilatçıların qərarına əsasən, mükafatlandırma məsafədən asılı olaraq fərqli qaydada aparılacaq. Belə ki, 10 km məsafəni uğurla tamamlayan hər bir qaçışçı sertifikatla təmin olunacaq.
42 km-lik tam məsafəni qət edən bütün iştirakçılar isə medal qazanacaqlar. Bundan əlavə, tam məsafəni bitirə bilməyib, lakin 21 km-lik yarımmarafon xəttini keçən ilk 2000 iştirakçıya da medallar təqdim ediləcək.
