Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) 30 illik yubileyi qeyd ediləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) məlumat yayıb.
Bildirilib ki, komitə tərəfindən 30 illik yubiley münasibətilə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
1996-cı ildə təsis olunan Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2026-cı ildə fəaliyyətinin 30 ili tamam olur.
Azərbaycan paralimpiyaçıları 1996-2026-cı illər ərzində 9 dəfə Paralimpiya Oyunlarında iştirak edərək 27 qızıl, 21 gümüş və 20 bürünc medal qazanıblar. Ümumilikdə isə idmançılarımız 27 paralimpiya, 29 dünya və 55 Avropa çempionluğu əldə ediblər.
Tədbirlərin tarixləri barədə mediaya və ictimaiyyətə əlavə məlumat veriləcək.
Milli Paralimpiya Komitəsinin yeni loqosu, eləcə də 30 illik yubiley loqosu artıq ictimaiyyətə təqdim olunub.
