Kanadalı reper Dreyk ABŞ-ın Kaliforniya ştatının Santa Klara şəhərində keçirilən 2026-cı il Superboulunda 1 milyon dollarlıq mərc uduzub.
İdman.Biz bildirir ki, bu, Amerika futbolunda ilin ən böyük idman hadisəsidir. Musiqiçi qalibi səhv göstərib.
NFL çempionluq oyununda “Sietl Sihouks” və “Nyu İnqlənd Patriots” qarşılaşıb. Oyun “Sietl”ın 29:13 hesablı qələbəsi ilə başa çatıb.
“Sihouks” bütün oyun boyu dominantlıq edərək dörd hissənin hamısında – 3:0, 6:0, 3:0 və 17:13 hesablı qələbə qazanıb. Komanda oyunu inamla idarə edib və rəqibinin irəli çıxmasının qarşısını alıb. Bu, komandanın tarixdəki ikinci çempionluğudur. “Sietl” artıq 2014-cü ildə “Bronkos”u 43:8 hesabı ilə məğlub edərək Superboulu qazanıb.
