380 ağac kostyumlu iştirakçı, saatına 18,7 dollar - Stadiondakı nikahın PƏRDƏARXASI - VİDEO

10 Fevral 2026 11:09
107
380 ağac kostyumlu iştirakçı, saatına 18,7 dollar - Stadiondakı nikahın PƏRDƏARXASI - VİDEO

ABŞ-da keçirilən “Super Bowl” idman şousunda “ağac” obrazını canlandıranların şəxsin qazancı açıqlanıb.

İdman.Biz xəbər verir ki, Jurnalist Darren Rovellin məlumatına görə, bu obrazları canlandıran 380 iştirakçının hər biri saatına 18,70 dollar(32 manat) əməkhaqqı alıb.

Belə ki, onlar səkkiz gün ərzində ümumilikdə 70 saat çalışıb və “Super Bowl” günündəki çıxışla birlikdə hər biri təxminən 1 309(2 225 manat) dollar qazanıb.

Qeyd olunur ki, belə genişmiqyaslı televiziya proqramında iştirak edən hər bir performansçı rəsmi şəkildə əmək müqaviləsi ilə işə cəlb edilir. Tamaşaçılar üçün sadəcə maraqlı detal kimi görünən “ağac” obrazları da şounun təşkilində vacib rol oynayıb.

Xatırladaq ki, ötən gün Amerikan futbolunun “Super Bowl” finalının fasiləsində baş tutan “Bad Bunny”nin yarımşousu zamanı nümayiş etdirilən toy səhnəsinin real olduğu təsdiqlənib.

Stadionda keçirilən 13 dəqiqəlik çıxışın təxminən beşinci dəqiqəsində səhnədə həqiqi nikah mərasimi baş tutub. Ağ geyimdə olan cütlük rəsmi olaraq evləniblər.

Toy səhnəsindən sonra səhnəyə Lady Gaga və “Bad Bunny”nin son albomunda yer alan Puerto-Riko salsa qrupu Los Sobrinos çıxıb. Ardınca “Bad Bunny” “Baile Inolvidable” mahnısını ifa edərək toy iştirakçıları arasında rəqs edib.

İdman.Biz
Məqalədə: