PSJ-nin futbolçusunun evinə basqın olub, həyat yoldaşı yaralanıb

Xəbərlər
19 Dekabr 2023 13:30
117
PSJ-nin futbolçusunun evinə basqın olub, həyat yoldaşı yaralanıb

PSJ-nin qapıçısı Aleksandr Letelyenin evinə basqın olunub.

İdman.biz xəbər verir ki, 4 nəfərdən ibarət cinayətkar dəstə gecə saatlarında futbolçunun ailəsindən qızıl-zinət əşyaları və pul tələb ediblər.

Cinayətkarlardan biri Aleksandrın arvadının üz nahiyəsinə zərbə ilə xəsarət yetirib, ona bıçaqla hədə-qorxu gəlib.

Basqından əvvəl duyuq düşən ailə vaxtında polisi xəbərdar edə bilib. Hadisə yerinə gələn asayiş keşikçiləri onlardan üçünü həbs edib.

Saxlanılanlardan ikisinin yeniyetmə olduğu üzə çıxıb.

İdman.biz

Məqalədə: