UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turu çərçivəsində "Qarabağ" - "Ayaks" matçında maraqlı hadisə baş verib.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Ayaz Mirzəyev sosial şəbəkədə paylaşım edib.
“Qarabağ” – “Ajaks” oyunu zamanı xoş bir anın şahidi olduq. Azarkeşlərdən biri oyunu izləməyə birgə gəldiyi sevdiyi xanıma evlilik təklifi etdi. Hesabın necə başa çatmasından asılı olmayaraq,əminəm, “Qarabağ”ın bugünkü oyunu bu cütlüyün yaddaşında həmişəlik xoş xatirə kimi qalacaq”, - paylaşımda bildirilir.

