İdman zalında halı pisləşən 49 yaşlı şəxs vəfat edib

2 Mart 2026 15:10
60
İdman zalında halı pisləşən 49 yaşlı şəxs vəfat edib

Masallı rayonunda yerləşən idman kompleksində halı pisləşən şəxs vəfat edib.

İdman.Biz qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə fevralın 28-i saat 16 radələrində Masallı İdman Kompleksində qeydə alınıb.

Masallı şəhər sakini 1977-ci il təvəllüdlü Səbuhi Abbasov orada idman edərkən özünü pis hiss edib.

Xəstəxanaya yerləşdirilmiş S.Abbasov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

İdman.Biz